Üz üçün Gecə Baxımı Rejimi Necə Olmalıdır?
Gün boyu dərimiz günəş şüaları, hava çirkliliyi, makiyaj qalıqları və stress kimi bir çox xarici amillərin təsiri altında qalır ki, bu da dəridə yorğunluq və zədələnməyə səbəb olur. Bu səbəbdən gecə vaxtı dərinin özünü bərpa etməsi üçün ona düzgün qulluq göstərmək son dərəcə vacibdir. Gecə baxımı yalnız makiyajın silinməsi ilə kifayətlənmir; bu, dərinin təmizlənməsindən tutmuş qidalandırılmasına, nəmləndirilməsindən dərin qatlara nüfuz edən serumların istifadəsinə qədər bir sıra addımları əhatə edir.
Üz üçün gecə baxım rejimi necə qurulmalıdır?
Gecə baxım rutini yalnız kosmetik addımların sıraya düzülməsindən ibarət deyil, həm də dərinin gecə saatlarında dəyişən bioloji ritminə uyğun şəkildə qurulmuş məqsədyönlü bir strategiyadır. Bu rejim dərini gün ərzində yığılan yorğunluq və çirklənmədən azad etməli, məsamələrin açılaraq dəriyə nəfəs alma imkanı yaratmalı və onun bərpa prosesini dəstəkləməlidir. Eyni zamanda, dəriyə ehtiyac duyduğu qidalandırıcı və bərpaedici aktiv maddələrin çatdırılmasını təmin etməlidir. Aşağıda bu məqsədlərə xidmət edən gecə baxım addımları mərhələli və ətraflı şəkildə izah olunur.
1. Makiyajın təmizlənməsi
Makiyajın təmizlənməsi gecə baxımının ilk və ən vacib addımıdır. Gün boyu dəridə yığılan tonal krem, kirşan, tuş və digər makiyaj məhsulları dəri məsamələrini tıxayaraq nəfəs almasına mane ola bilər. Bu zaman yardımınıza The Body Shop-un makiyaj təmizləmə vasitələri çata bilər. Makiyaj təmizləyici yağlar, micellar sular və ya iki fazalı təmizləyicilər bu mərhələdə ideal seçimlərdir. Göz makiyajı və dodaq boyası kimi qalıcı məhsullar xüsusi təmizləyici vasitələrlə ehtiyatla silinməlidir. Təmizləmə zamanı dərini dartmadan, yüngül hərəkətlərlə silmək daha uyğundur. Əgər makiyaj tam təmizlənməzsə, sonrakı mərhələlər effektiv olmaz və dəriyə tətbiq edilən məhsullar lazımi təsiri göstərməz. Bu mərhələ həm də dərinin rahatlamasına və gün ərzində üzərində yığılan maddələrdən təmizlənməsinə şərait yaradır.
2. Üzün dərinləməsinə təmizlənməsi üçün köpük və gellərin tətbiqi
Makiyaj təmizlənməsindən sonra dəriyə The Body Shop-un təmizlik üçün uyğun köpük və ya gel tərkibli təmizləyiciləri tətbiq oluna bilər. Bu məhsullar dərinin səthində qalan kir, yağ və ölü hüceyrələrin təmizlənməsinə kömək edir. Hər dəri tipi üçün fərqli təmizləyicilər mövcuddur. Yağlı dəri üçün mattlaşdırıcı və sebum tənzimləyici gellər, quru dəri üçün isə nəmləndirici köpüklər tövsiyə olunur. Təmizləyicini dəridə 1-2 dəqiqə masaj hərəkətləri ilə tətbiq edərək məsamələrin tam açılmasını təmin etmək daha faydalıdır. Bu mərhələdə istifadə olunan suyun temperaturu ilıq olmalıdır çünki, isti su dərinin qoruyucu təbəqəsini zədələyə bilər. Dərindən təmizlənmiş dəri sonrakı mərhələlərdə məhsulların daha yaxşı hopmasını təmin edir.
3. Toniklə dərinin PH tarazlığını bərpa etmək
Təmizləmə məhsullarının istifadəsindən sonra dərinin təbii pH tarazlığı pozula bilər. Toniklər bu tarazlığın bərpasında mühüm rol oynayır. Bundan əlavə, toniklər məsamələrin sıxılmasına, dərinin sakitləşməsinə və növbəti mərhələlərə hazırlıqlı hala gəlməsinə kömək edir. Alkoqolsuz və bitki ekstraktları ilə zəngin toniklər xüsusilə tövsiyə olunur. Onları pambıq disklə və ya əllə yüngül şəkildə tətbiq etmək olar. Tonik tətbiqi zamanı dərinin hər bir sahəsinə bərabər şəkildə yayılmasına diqqət yetirilməlidir. Tonik dəridəki son kir qalıqlarını da təmizlədiyi üçün bu mərhələ də göz ardı edilməməlidir. Mütəmadi istifadə edildikdə toniklər dəridəki iltihablanmaların qarşısını alır və ümumi teksturanı yaxşılaşdırır.
4. Aktiv serumların istifadəsi ilə dərinin qidalandırılması
Serumlar dərinin dərin qatlarına təsir edən və yüksək konsentrasiyalı aktiv maddələrdən ibarət məhsullardır. Gecə vaxtı dəri daha çox aktiv maddələri qəbul etməyə hazır olduğundan, bu mərhələdə The Body Shop-un Vitamin E gecə serum yağı ideal seçimdir. Dərinin ehtiyaclarına uyğun olaraq serum seçimi edilməlidir, məsələn ləkə əleyhinə, anti-aging və ya qidalandırıcı funksiyalı serumlar fərqli effektlər göstərir. Serum tətbiqi zamanı az miqdarda məhsulu barmaqların ucu ilə yüngül masajla tətbiq etmək onun daha yaxşı hopmasını təmin edir. Serumlar dərini nəmləndirir, qidalandırır və hüceyrə yenilənməsini sürətləndirir. Bu mərhələ gecə baxımında dəyişikliyi ən çox hiss edilən mərhələlərdən biridir.
5. Dərinin nəmləndirilməsi
Serumdan sonra nəmləndirici tətbiq edərək dəridəki nəm səviyyəsini qorumaq və dəri baryerini gücləndirmək lazımdır. Gecə nəmləndiriciləri gündüz istifadə olunanlardan daha zəngin tərkibə malik olur. Onlar dəridə daha uzun müddət qalaraq hüceyrə səviyyəsində təsir göstərir. Nəmləndirici krem dərini xarici mühit təsirlərindən qorumağa davam edir və səhər daha yumşaq, parlaq dəri ilə oyanmağınıza şərait yaradır. Əgər dəri çox quru və həssasdırsa, əlavə olaraq nəmləndirici maskalar da tətbiq edilə bilər. Bu mərhələdə məhsulun üz dərisinin tipinə uyğun seçilməsi istənilən nəticəni almaq üçün mühüm rol oynayır.
6. Göz ətrafı dəriyə xüsusi qulluq
Göz ətrafı dəri digər bölgələrə nisbətən daha incə və həssasdır, buna görə də xüsusi qulluq tələb edir. The Body Shop-un Göz baxımı məhsullarının istifadəsi tünd halqalar, şişkinlik və incə qırışların qarşısını almağa yardım edir. Göz baxımı məhsullarının tərkibində kofein, retinol və ya peptidlər kimi aktiv maddələr yer ala bilər. Göz ətrafına məhsulu barmağın ucu ilə yüngül toxunuşlarla tətbiq etmək daha məqsədəuyğundur, çünki sürtünmə bu bölgədə qıcıqlanmaya səbəb ola bilər. Gecə göz ətrafına qulluq səhər saatlarında daha canlı və dincəlmiş görünüş üçün mühüm addımdır.
Dəri tipinə uyğun gecə baxımı məhsulları necə seçilməlidir?
Hər bir dəri tipinin ehtiyacları fərqlidir və buna görə də istifadə olunan məhsullar da uyğun seçilməlidir. Yağlı dəri üçün yüngül teksturalı, mattlaşdırıcı və məsamə sıxşaldırıcı məhsullar tövsiyə olunur. Quru dəri isə daha çox qidalandırıcı, nəmləndirici və lipidlə zəngin formulalara ehtiyac duyur. Qarışıq dəri üçün balanslaşdırıcı və həm T-zona, həm də yanaqlara uyğun məhsullar seçilməlidir. Həssas dərisi olanlar isə ətirsiz, alkoqolsuz və hipoallergen məhsullara üstünlük verməlidirlər. Hər məhsulun etiketindəki tərkibə diqqət yetirilməli və dəriyə uyğunluq testləri aparılmalıdır. Dəri tipinə uyğun olmayan məhsullar dəri problemlərinə yol aça bilər və gözlənilən fayda əvəzinə zərər verə bilər.
Gecə baxımında ən çox yol verilən səhvlər hansılardır?
Gecə baxımında edilən kiçik səhvlər uzunmüddətli dəri problemlərinə səbəb ola bilər. Ən çox rast gəlinən səhvlərdən biri makiyajı tam təmizləmədən yatmaqdır ki, bu məsamələrin tıxanmasına və sızanaq yaranmasına səbəb olur. Digər səhv isə dəri tipinə uyğun olmayan məhsullardan istifadə etməkdir. Eyni zamanda məhsulların ardıcıllığını düzgün tətbiq etməmək (məsələn, serumu nəmləndiricidən sonra istifadə etmək) onların təsirini azalda bilər. Həddindən artıq çox məhsuldan istifadə edilməsi də dəridə qıcıqlanma yarada bilər. Göz ətrafı kimi həssas bölgələrə ümumi krem tətbiq etmək bu zonada şişkinlik və allergiyalara səbəb ola bilər. Həmçinin məhsulların tərkibindəki maddələrin bir-biri ilə uyğunluğuna da diqqət yetirilməlidir. Sonda, baxım rejiminə mütəmadi əməl olunmaması nəticələrin gec və zəif görünməsinə səbəb ola bilər.