Tonik Nə üçün və Necə İstifadə Olunur?
Üz baxımı sağlam və parlaq dəriyə sahib olmağın əsas şərtlərindən biridir. Gündəlik dəri qulluğu rutinləri dərinin təmiz, nəmli və balanslı qalmasına kömək edir. Bu prosesdə istifadə olunan məhsullar arasında tonik mühüm rol oynayır. Tonik dərini dərinləşdirilmiş şəkildə təmizləyir, məsamələri sıxlaşdırır və sonrakı qulluq məhsullarının təsirini artırır. Dərini sabit pH səviyyəsində saxlayaraq qıcıqlanmanın qarşısını alır.
Tonik nədir?
Tonik üz dərisini təmizlədikdən sonra istifadə olunan, əsasən maye konsistensiyalı dəri baxım məhsuludur. Onun əsas məqsədi dəridə qalan kir, makiyaj və təmizləyici məhsul qalıqlarını tam şəkildə aradan qaldırmaq və məsamələrin sıxılmasına kömək etməkdir. Tonik həmçinin dərinin pH balansını tənzimləyərək onu növbəti mərhələlərə, yəni serum və nəmləndirici tətbiqinə ideal şəkildə hazırlayır. Bu mərhələ dərinin baxım məhsullarını daha effektiv qəbul etməsini təmin edir. Müasir dövrdə hazırlanmış toniklər tərkibinə görə fərqlilik göstərir və konkret dəri problemlərinə fokuslana bilir. Məsələn bəzi toniklər qliserin, aloe vera, hialuron turşusu kimi nəmləndirici və sakitləşdirici komponentlərlə zəngin olur. Digərləri isə niasinamid, salisilik turşusu və çay ağacı yağı kimi aktiv maddələrlə yağlı və sızanağa meyilli dərilər üçün nəzərdə tutulur. Alkoqolsuz, yumşaq tərkibli toniklər isə həssas dəri üçün idealdır və qızartı ilə qıcıqlanmanı azaldır. Toniklərin bəzi növləri dəridəki ölü hüceyrələri yumşaq şəkildə təmizləyərək dərinin parlaqlığını artırır. Bu səbəbdən tonik seçərkən onun tərkibi və funksiyası mütləq şəkildə dəri tipinizə uyğun olmalıdır.
Tonikdən niyə istifadə etməliyik?
Tonikdən istifadə etməyin əsas səbəbi dərini dərin təmizləmək, məsamələri rahatlatmaq və dərinin təbii balansını bərpa etməkdir. Üz təmizləyiciləri xüsusilə sabun əsaslı məhsullar, bəzən dəridə sərt minerallar və sabun qalıqları buraxa bilər ki, bu da dərinin qurumasına və qıcıqlanmasına səbəb ola bilər. Tonik bu qalıqları yumşaq şəkildə təmizləyərək dərinin nəfəs almasını təmin edir və onun canlı görünməsinə töhfə verir. Eyni zamanda tonik məsamələri sıxlaşdırır və beləliklə, qara nöqtələrin və sızanaqların qarşısını almağa yardım edir. Tərkibində antioksidantlar və sakitləşdirici maddələr olan toniklər dərinin yenilənmə prosesini sürətləndirə və onu ətraf mühitin zərərli təsirlərindən qoruyar. Qızartı, yanma və həssaslıq yaşayan dərilər üçün isə toniklər sakitləşdirici təsir göstərir və narahatlıqları azaldır. Müntəzəm olaraq istifadə edildikdə tonik dəriyə daha parlaq, təravətli və tənzimlənmiş bir görünüş qazandırır. Bəzi toniklər eyni zamanda nəmləndirici təsir göstərərək quru dərilərdə dartılma hissinin qarşısını alır. Yağlı dəri üçün hazırlanmış toniklər isə artıq sebum ifrazını nəzarətdə saxlayaraq dəridəki parlaqlığı azaldır. Beləliklə, tonik yalnız kosmetik deyil, həm də terapevtik baxımdan gündəlik dəri baxımının ayrılmaz hissəsinə çevrilir.
Tonik necə istifadə olunur?
Tonik istifadəsi dəriyə qulluqda həm asan, həm də təsirli bir mərhələdir. Onu dərini təmizlədikdən sonra dərhal tətbiq etmək tövsiyə olunur. Bir neçə damcını ya pambıq diskin üzərinə, ya da birbaşa əllərinizə tökərək üz və boyun nahiyəsinə yumşaq hərəkətlərlə tətbiq edə bilərsiniz. Əgər tonik sprey formasındadırsa, onu birbaşa üzdə püskürtmək də mümkündür. Tonikdən sonra dəriyə nəmləndirici, serum və digər qulluq vasitələrinin tətbiqi onun təsirini artırır. Bu mərhələni həm səhər, həm də axşam rutinlərinə daxil etmək dərinin sağlam görünməsinə səbəb olur. Seçim zamanı istifadə olunacaq tonikin dəri tipinə uyğunluğuna da diqqət yetirilməlidir.
Dəri tipinə uyğun tonik seçimi necə edilməlidir?
Tonik seçimində ilk növbədə dəri tipi nəzərə alınmalıdır, çünki hər dəri fərqli struktur və ehtiyaclara malikdir. Uyğun olmayan tonik dəridə quruluq, qızartı, yağ balanssızlığı və ya qıcıqlanma kimi arzuolunmaz hallara səbəb ola bilər. Məsələn yağlı dəriyə quru dərilər üçün nəzərdə tutulmuş tonik istifadə etmək məsamələri daha da tıxaya və problemləri artırmağa səbəb ola bilər. Bu səbəblə aşağıda hər dəri tipinə uyğun ən effektiv tonik növlərini və onların necə seçilməli olduğunu ətraflı şəkildə təqdim edirik.
Quru dəri üçün uyğun toniklər
Quru dərilər daha çox nəmləndirməyə ehtiyac duyur. Ona görə də tərkibində hialuron turşusu, qliserin və aloe vera olan toniklər seçilməlidir. The Body Shop-un “Vitamin E nəmləndirici tonik” məhsulu quru dərilər üçün mükəmməl seçimdir. Bu tonik dərini yumşaldır və nəmləndirərək dartılmanın qarşısını alır. Alkoqolsuz olması isə dərinin qıcıqlanmasının qarşısını alır.
Yağlı və sızanaqlı dəri üçün uyğun toniklər
Yağlı dəri üçün ən uyğun toniklər məsamələri sıxlaşdırmaqla yanaşı, artıq sebum ifrazını tənzimləyən və dəridəki parlaqlığı azaldan xüsusiyyətlərə sahib olmalıdır. Bu tip dərilər sızanaq və qara nöqtə kimi problemlərə daha meyilli olduğu üçün salisilik turşusu, çay ağacı yağı və niasinamid kimi aktiv maddələrə üstünlük verilməlidir. Bu komponentlər həm iltihabı azaldır, həm də dəridəki bakteriyalara qarşı təsir göstərərək yeni səpkilərin yaranmasının qarşısını alır. The Body Shop-un “Çay ağacı tərkibli təmizləyici tonik”i yağlı və sızanağa meyilli dərilər üçün xüsusi olaraq hazırlanmışdır. Bu tonik gündəlik istifadə üçün uyğundur və dərini matlaşdıraraq həm təmiz, həm də təravətli görünüş təmin edir.
Qarışıq dəri üçün uyğun toniklər
Qarışıq dərilər həm yağlı, həm də quru bölgələri eyni anda ehtiva etdiyi üçün xüsusi qulluq tələb edir və bu səbəblə balanslı tərkibli toniklər seçilməlidir. Belə toniklər T-zona kimi yağlı sahələrdə sebum ifrazını tənzimləyərkən, yanaq kimi quru bölgələri nəmləndirməli və qıcıqlandırmamalıdır. The Body Shop-un “Aloe tərkibli sakitləşdirici tonik” məhsulu bu ehtiyacları qarşılayacaq şəkildə formullaşdırılıb və xüsusilə qarışıq dəri üçün tövsiyə edilir. Tərkibindəki aloe vera sayəsində dəriyə sakitləşdirici təsir göstərir, eyni zamanda dərinin hər bölgəsində optimal balansı təmin edərək komfortlu və təravətli hiss yaradır.
Həssas dəri üçün uyğun toniklər
Həssas dərilər üçün seçilən toniklər alkoqolsuz, ətirsiz və sakitləşdirici komponentlərə malik olmalıdır. Aloe vera, çobanyastığı və centella asiatica kimi tərkiblər bu tip dərilər üçün idealdır. The Body Shop-un “Aloe tərkibli sakitləşdirici tonik” məhsulu dəriyə zərər vermədən qızartı və yanma hissini aradan qaldırır. Hipoallergen formul ilə dərini yumşaq şəkildə təmizləyir və sakitləşdirir.