Niyə Günəş Kremi (SPF) İstifadə Etməliyik?

Günəşli bir günə oyanmağın ruhumuza qatdığı enerji inanılmazdır! Ancaq dərimizə olan təsiri…

Dəridə yaşlanma əlamətləri, günəş ləkələri, çillərin sayında artım kimi mənfi təsirlərə malik olan günəş yalnız göydə parlaq parladığı vaxtlarda deyil, buludlu günlərdə də dərinizə yaxşı davranmır. Uzun müddət sağlam və gənc bir dəriyə sahib olmaq üçün günlük dəriyə qulluq rutinində günəşdən qoruyucu krem də daxil edilməlidir.

Niyə Günəş Kremi (SPF) İstifadə Etməliyik?

Günəşdən Qoruyucular Nədir?

Günəş şüaları güclü bir D vitamini mənbəyi olub, sümük sağlamlığı və immunitet sistemi üçün olduqca önəmlidir. Lakin günəş şüaları D vitamini ilə yanaşı, radioaktiv xüsusiyyətə malik və dərimizə zərər verən ultrabənövşəyi şüaları da ehtiva edir. Canlılığın həyat mənbəyi olan bu şüalar, təəssüf ki, dərimizə qarşı o qədər də nəzakətli davranmır. Dərinin alt qatına təsir edərək yaşlanma əlamətlərini artırır və uzun müddətdə dəri xərçənginə səbəb ola bilər.

Dərini günəş şüalarının zərərli təsirlərindən qoruyan dəriyə qulluq məhsullarına günəşdən qoruyucular deyilir və bu məhsullar günəşdən qoruyucu sprey, günəşdən qoruyucu krem və günəşdən qoruyucu losyon kimi müxtəlif formalarda istehsal edilə bilər.

Günəşdən Qoruyucu Nə İşə Yarayır?

Günəşdən qoruyucular UVA və UVB kimi zərərli ultrabənövşəyi şüaların səbəb olduğu radiasiyanı sovuran və ya əks etdirərək geri göndərən məhsullardır. Bu məhsulların dərini qoruma səviyyəsini göstərmək üçün SPF ölçü vahidindən istifadə olunur.

Sun Protection Factor, yəni günəşdən qoruma faktoru mənasını verən SPF adətən 15 ilə 50 arasında olur. Dəyər nə qədər yüksək olarsa, məhsulun qoruma təsiri də bir o qədər güclü olar. Məsələn SPF 50 olan bir günəş kremi, SPF 15 olan bir kremə nisbətən daha yüksək qoruma təmin edir. Dəri mütəxəssislərinin tövsiyə etdiyi SPF dəyəri adətən 30 SPF-dir. Ancaq siz daha güclü qorunmaq üçün daha yüksək, bir az qaralmağı istəyirsinizsə, daha aşağı qoruma faktorunu seçə bilərsiniz. Hər halda, günəş kremi faydaları dərinizdə təsirini göstərəcəkdir.

Günəşdən Qoruyucu Nə Zaman Çəkilməlidir?

Yalnız bahar aylarında və ya günəşin şüalarını səxavətlə yaydığı yay aylarında günəşdən qoruyucu istifadə etməli olduğunuzu düşünürsünüzsə, yanılırsınız. Çünki günəşin zərərli şüaları buludlu havalarda belə yer səthinə çataraq dərinizə təsir edir. Qısacası, dəriniz çölə çıxdığınız hər an qorunmağa ehtiyac duyur.

“Yay-qış demədən hər dəfə günəş kremi çəkməliyəm?!” Narahatlığınızı anlayırıq, bu səbəblə sizə bir tövsiyəmiz var: Gündəlik dəriyə qulluq rutininizi SPF ilə birləşdirin. Yəni dodaq kremindən bədən losyonuna, gündüz kremindən üz serumu­na qədər, gündəlik dəriyə qulluq rutini üçün günəşdən qoruma təsirli məhsulları seçin.

Günəşdən Qoruyucu Necə İstifadə Olunur?

Effektiv qorunma üçün məhsulu doğru miqdarda, doğru şəkildə və doğru zaman aralığında istifadə etməlisiniz.

  • İlk olaraq dəriniz üçün ən uyğun məhsulu seçməlisiniz. Əgər günəşdən qoruyucu vasitə nəmləndiricidən əvvəlmi, yoxsa sonra mı çəkilməlidir? deyə maraqlanırsınızsa, cavabımız bəllidir: Günəşdən qoruyucu vavsitəni  və nəmləndiricinizi birləşdirin.

  • Çölə çıxmazdan 25-30 dəqiqə əvvəl çəkməlisiniz.

  • Kifayət qədər məhsul götürüb öncə üz və boyun nahiyəsinə tətbiq etməlisiniz.

Tövsiyə: Günəşdən qoruyucu vasitə təsiri ilə dərini qoruyarkən tərkibindəki qırmızı su yosunu və C vitamini ilə qidalandıran Skin Defence Dəri Qoruyucu Üz Spreyi SPF 30 PA++ və ya yapışqan və yağlı hiss buraxmayan super yüngül teksturaya malik Skin Defence Dəri Qoruyucu Üz Losyonu SPF 50+ mükəmməl seçim ola bilər.

  • Üz bölgəsini tamamilə qoruduqdan sonra qollar, ayaqlar və açıqda qalacaq digər nahiyələrə çəkməlisiniz.

Tövsiyə: İrlandiyanın Roaring Water Bay körfəzindən əldə edilən dəniz mineralları və dəniz yosunu ilə dəridəki yağı və nəmi tarazlayan Seaweed Matlaşdırıcı və Nəmləndirici Krem SPF 15 ilə mütləq tanış olmalısınız.

  • Dodaqlarınızı da günəşdən qorumağı unutmayın və SPF təsirli bir dodaq balzamı istifadə edin.

Tövsiyə: Günəş, soyuq hava, külək demədən dörd fəsil boyunca dodaqlarınızı nəmləndirən və qoruyan Vitamin E Dodaq Kremi SPF 15… Onu yanınızdan ayırmayacağınıza əminik!

  • Məhsulu dəriyə incə bir qat şəklində yayılacaq qədər çəkin.

  • Effektiv qorunma üçün məhsulu hər 2 saatdan bir yenidən tətbiq edin.

Axtardığınız bütün sualların cavabı THE BODY SHOP-da! Bütün SPF məhsulları dəriniz üçün sizi gözləyir!