Hansı Makiyaj Fırçası Nə Üçündür?

Cəlbedici görünən bir makiyajın ən vacib sirrlərindən biri düzgün məhsul istifadəsi və keyfiyyətli material seçimi ilə bağlıdır. Uğurlu makiyaj tətbiqlərinin əvəzolunmaz hissəsi isə, təbii ki, makiyaj fırçalarıdır. Edilən makiyajın intensivliyinə görə istifadə olunan fırçaların sayı və keyfiyyəti də artır. Pudra fırçası, tonal krem fırçası və ya kölgə fırçası... Hər biri öz daxilində fərqli xüsusiyyətlərə malikdir. Tətbiq zamanı seçiləcək fırçaların sayı isə bəzən qarışıqlıq yarada bilər. Mütəxəssislərə görə, yaxşı bir makiyaj üçün ən azı altı fırçadan istifadə etmək lazımdır. Bəs, kosmetika dünyasında ən çox seçilən məhsullardan biri olan makiyaj fırçaları necə istifadə olunur? Hər bir fırçanı hansı məqsədlə istifadə etməliyik? Makiyajımıza uyğun fırçanı necə seçək? Gəlin, makiyaj fırçaları və onların istifadə sahələri haqqında bütün detallara birlikdə baxaq.

Hansı Makiyaj Fırçası Nə Üçündür?

Tonal krem fırçası

Hamar və qüsursuz makiyaj üçün tonal krem fırçası əvəzolunmazdır. Uzun, oval və yastı formalı tonal krem fırçaları maye məhsulları dərinizə bərabər şəkildə yaymağa kömək edir. Bu fırçalar dəri tipinizə uyğun tonal kremi dərinizə yaxşıca yedirərək örtücülüyü artırır və məhsulun tez və asan tətbiq olunmasını təmin edir. Bambuk tonal krem fırçası ultra yumşaq forması ilə maye tonal krem tətbiqi üçün mükəmməl seçimdir. Tərkibində təkrar emal olunmuş alüminium olan bu məhsul həm də vegan xüsusiyyətə malikdir. Dərinizdə maye tonal krem ilə qüsursuz bir görünüş əldə etmək üçün bu fırçanı seçə bilərsiniz.

Tonal krem fırçası

Tonal krem fırçası

Ənlik fırçası

Digər makiyaj fırçaları ilə müqayisədə tükləri daha yumşaq olan ənlik fırçaları yanaq sümüklərində istifadə oluna biləcək ölçülərdə hazırlanır. Ənliyi üzdə ən yaxşı şəkildə tətbiq etmək üçün istifadə olunan bu fırçalar məhsulun asanlıqla yayılmasına kömək edir. Ənlik fırçaları arasında klassik və bucaqlı (meyilli) ənlik fırçası növləri mövcuddur. Yığılan ənlik fırçası gün ərzində praktiki şəkildə ənlik dərinizə tətbiq etməyinizə imkan verir. Tərkibində təkrar emal olunmuş alüminium olan və vegan xüsusiyyət daşıyan bu məhsul gigiyenik makiyaj üçün daşına bilən quruluşa malikdir. Təbii görünüş əldə etmək üçün fırçanı əvvəlcə toz ənliyinizdə, daha sonra isə yanaq sümüklərinizin üzərində gəzdirin. Mayili bambuk ənlik fırçası isə daha dəqiq tətbiq üçün bucaqlı şəkildə dizayn edilib. Maye və krem əsaslı məhsullar üçün uyğun olan bu fırçanı yanaq sümüklərinizə kiçik və dairəvi hərəkətlərlə tətbiq edə bilərsiniz.

Ənlik fırçası

Ənlik fırçası

Göz kölgəsi fırçası

Göz qapaqlarına kölgə tətbiq edərkən düzgün fırça seçimi olduqca vacibdir. Göz kölgəsi fırçası, piqmentasiyanı pozmadan və yığılma effekti yaratmadan məhsulu tətbiq etməyə imkan verən oval və yastı formalı quruluşa malikdir. Bu fırçanın düz göz kölgəsi fırçası, bucaqlı kölgə fırçası və qarışdırma (blending) fırçası kimi növləri mövcuddur. Göz kölgəsi fırçası istənilən pudralı göz kölgəsi ilə istifadə edilə bilər. Bu da göz qapaqlarında qüsursuz görünüş yaratmasına yardım edir. Etməli olduğunuz tək şey fırçanı məhsula batırmaq və göz qapağınızın üzərində yumşaq şəkildə gəzdirməkdir. Bambuk və təkrar emal olunmuş alüminiumdan hazırlanmış bu məhsul həm də vegan xüsusiyyətə malikdir. Tək bir vasitə ilə istədiyiniz göz makiyajını etməyə imkan verən iki uclu göz kölgəsi fırçası həm tüklü, həm də bucaqlı uca sahibdir. Ən çox sevdiyiniz göz kölgəsini tətbiq etmək üçün dolğun ucdan, daha detallı işləmək üçün isə bucaqlı ucdan istifadə edə bilərsiniz.

Göz kölgəsi fırçası

Göz kölgəsi fırçası

Haylayter fırçası

Yelpik formasında olan haylayter fırçası yanaq sümüklərinə mükəmməl oturan quruluşu ilə haylayterin dəridə bərabər şəkildə yayılmasını təmin edir. Haylayter fırçası istifadəsi zamanı fırçanı üfüqi şəkildə tutaraq dərinizdə təbii bir parıltı əldə edə bilərsiniz. Bambuk haylayter fırçası yanaq sümükləri, qaş altı və burun üstü kimi nahiyələrə maye və ya krem konsistensiyalı məhsulları asanlıqla tətbiq etməyə imkan verir. Bambuk və təkrar emal olunmuş alüminiumdan hazırlanan bu məhsul parıltı vermək üçün ən asan və effektiv yolu təqdim edir.

Haylayter fırçası

Haylayter fırçası

Konsiler fırçası

Oval və yastı tüklərdən ibarət olan konsiler fırçası korrektoru göz altına asan və intensiv şəkildə tətbiq etməyə imkan verir. Korrektoru tampon hərəkətlərlə tətbiq etmək hamar və qüsursuz görünüş üçün olduqca vacibdir. Konsiler fırçası maye və krem əsaslı korrektorlara tam uyğundur. Ağıllı bir yardımçı olan bambuk konsiler fırçası dəridəki rəng fərqlərini və qüsurları örtməyə kömək edir. Effektiv tətbiq üçün az miqdarda korrektoru fırça ilə götürüb problemli nahiyəyə yumşaq hərəkətlərlə yayaraq tətbiq edə bilərsiniz.

Konsiler fırçası

Konsiler fırçası

Pardaqlayıcı fırça

Pardaqlayıcı fırça toz formalı məhsulları dəridə yaxşıca yaymaq və təbii görünüş əldə etmək üçün istifadə olunur. Pudra, tonal krem, bronzer və allıq tətbiqlərində pardaqlayıcı fırçalardan istifadə edə bilərsiniz. Pardaqlayıcı fırça sayəsində tonal krem tətbiqinizdə qüsursuz və tam örtücülük təmin edən nəticə əldə edə bilərsiniz. Bu çoxfunksiyalı fırçadan istifadə edərkən məhsulun düz hissəsini dairəvi hərəkətlərlə dərinizə tətbiq edə, az miqdarda məhsul istifadə etmək istədikdə isə fırçanın kənar hissələrindən faydalana bilərsiniz.

Pardaqlayıcı fırça

Pardaqlayıcı fırça

Pudra fırçası

Uzun tüklərə və geniş formaya sahib olan pudra fırçası toz halındakı məhsulları dəriyə tətbiq etmək üçün seçilir. Pudranı effektiv şəkildə saxlayan və bərabər tətbiq imkanı verən bu fırçalar, dəri kimi təbii görünüşlü makiyaj tətbiqlərinin ayrılmaz hissəsidir. Şəffaf pudra və baking texnikasında da bu tip fırçalardan istifadə etmək mümkündür. Tam örtücülük və mat görünüş əldə etmək üçün ideal olan pudra fırçası çox yumşaq və orta sıxlıqlı tüklərdən ibarətdir. Fırçanı pudranın üzərində gəzdirərək, daha sonra dərinizə tətbiq edə bilərsiniz.

Pudra fırçası

Pudra fırçası

Qaş və kirpik fırçası

Qaşları daha müəyyən və səliqəli göstərmək üçün istifadə olunan qaş darama fırçası gündəlik makiyaj rutininin vacib alətlərindən biridir. Bu fırça eyni zamanda qaş kölgəsi və ya qaş pudrası kimi məhsulların tətbiqində də dəqiqlik təmin edir. Kiprik darama fırçası maskaradan sonra kiprikləri ayırmaq və daha dolğun, baxımlı görünüş yaratmaq üçün idealdır. Əyri formalı qaş-kiprik fırçası isə həm qaşların formasını nizamlamaq, həm də kipriklərin tək-tək ayrılmasına kömək etməklə daha təmiz və peşəkar makiyaj effekti yaradır.

Qaş və kirpik fırçası

Qaş və kirpik fırçası

Makiyaj süngəri

Üzünüzdəki xüsusi nöqtələrə makiyaj tətbiq etmək üçün makiyaj süngəri məhsullarından istifadə edə bilərsiniz. Tonal krem süngəri olaraq da tanınan bu vasitələr hər zaman isladılaraq istifadə olunmalıdır. Bu şəkildə tətbiq zamanı daha homojen və təbii bir görünüş əldə etmək mümkündür. Bu məhsul tonal krem və BB kremi dərinizə yaymaq və hamar bir görünüş yaratmaqda sizə kömək edir. Süngəri istifadə etməzdən əvvəl isladaraq artıq suyunu sıxmalı və onu nəm vəziyyətə gətirməlisiniz. İstifadə edəcəyiniz miqdarda məhsulu əvvəlcə əlinizin üzərinə qoyub, daha sonra süngərin köməyi ilə dəriyə tətbiq edə bilərsiniz. Geniş nahiyələr üçün süngərin yumru hissəsini, dar və çətin nöqtələr üçün isə iti ucunu istifadə edə bilərsiniz.

The Body Shop-un bütün fırçaları yüksək keyfiyyətli, vegan və təkrar emal edilə bilən materiallardan hazırlanıb. Hər bir fırça makiyajın daha dəqiq, təmiz və peşəkar görünməsi üçün xüsusi dizayn edilib. Gündəlik və professional istifadə üçün ideal olan bu fırçalar dəriyə zərər vermədən məhsulu bərabər şəkildə yaymağa kömək edir.

Makiyaj süngəri

Makiyaj fırçaları