Bədən Spreyi Nədir? Daha Uzun Təsir Üçün 5 İpucu
Bədən spreyləri gündəlik şəxsi baxımın ayrılmaz hissəsinə çevrilmiş məhsullardandır. Onlar təravət vermək, pis qoxuların qarşısını almaq və özümüzü gün ərzində daha rahat hiss etmək üçün istifadə olunur. Ətirə nisbətən daha yüngül qoxuya malik olan bədən spreylərinə xüsusilə isti hava şəraitində daha çox üstünlük verilir. Lakin bir çox istifadəçi bu spreylərin təsirinin qısa müddətli olmasından narazıdır.
Bədən spreyinin xüsusiyyətləri nələrdir?
Bədən spreyləri əsasən təravət və yüngül qoxu vermək üçün hazırlanmış, su və spirt əsaslı kosmetik məhsullardır. Onlar ətirlərdən fərqli olaraq daha az konsentrasiyalı ətir yağı tərkibinə malikdir, bu da onları gündəlik istifadə üçün daha əlverişli və yüngül edir. Əksər hallarda bu spreylər dərini sərinləndirir və xoş iy buraxaraq özünü təmiz və rahat hiss etməyə kömək edir. Onlar təravətləndirici təsiri ilə səhərlər və ya məşqdən sonra istifadə üçün idealdır. Bədən spreyləri bəzən antibakterial tərkiblə də zənginləşdirilir ki, bu da tər və pis qoxulara qarşı mübarizə aparmağa kömək edir. Ətirin qalıcı olmaması bədən spreylərinin əsas xüsusiyyətlərindən biridir, çünki bu məhsullar adətən tez buxarlanır. Lakin onların aşağı qiymətli və praktik olması bir çox insan üçün cazibədar seçimə çevrilir. İstifadəçi bu məhsulu istədiyi qədər təkrarlaya və müxtəlif bölgələrə tətbiq edə bilər. The Body Shop-un bədən spreylərindən istifadə sizin gün ərzində təravətli hiss etməyinizə yardım edəcək.
Bədən spreyinin qalıcılığının az olmasının səbəbləri
Bədən spreylərinin qısa müddətli təsir göstərməsinin bir neçə səbəbi var. İlk olaraq, bu məhsulların tərkibindəki ətir yağı konsentrasiyası aşağı olduğuna görə, dəridə uzun müddət qalmaq üçün yetərli deyil. İkinci əsas səbəb dərinin quruluğu ola bilər, quru dəri ətiri daha tez udur və buxarlanma sürətini artırır. Bundan əlavə, bədən spreyi düzgün tətbiq olunmadıqda və ya səhv bölgələrə istifadə edildikdə, təsiri daha da zəifləyə bilər. Məsələn geyim altına və ya hava ilə təmas etməyən sahələrə vurulması qoxunun yayılmasına mane ola bilər. Həmçinin, dəridəki tər, yağ və kir də spreyin qalıcılığına təsir göstərir. İsti hava şəraiti və günəş şüaları da ətirlərin buxarlanmasını sürətləndirir. Gündəlik fəaliyyətlər (məsələn çox hərəkət etmək, idmanla məşğul olmaq və ya tez-tez duş qəbul etmək) də spreylərin təsir müddətini azaldır. Nəticə etibarilə, bu amilləri nəzərə almaq və daha qalıcı nəticələr üçün əlavə tədbirlər görmək zəruridir.
Bədən spreyi necə tətbiq olunmalıdır?
Bədən spreyi tətbiq olunarkən düzgün texnikaya və zamanlamaya diqqət yetirmək çox vacibdir. Sprey ən azı 15-20 sm məsafədən bədənə püskürdülməlidir ki, məhsul bərabər yayılaraq effektli nəticə versin. Ən ideal zaman isə duşdan sonradır, çünki təmiz və isti dəri spreyi daha yaxşı mənimsəyir. Dərinin tam quru və təmiz olması isə qalıcı nəticə üçün vacibdir. Sprey əsasən boyun, sinə, qoltuq altı, bilək və dirsək içi kimi nəbz nöqtələrinə vurulmalıdır, çünki bu bölgələrdə qan dövranı daha aktivdir və ətirin yayılmasına şərait yaradır. Geyim üzərinə yox, birbaşa dəriyə tətbiq olunmalıdır. Əks halda, məhsul parçanın toxumasında qalaraq təsirini itirə bilər. Tətbiqdən sonra spreyi ovmaq və ya yaymaq tövsiyə olunmur. Əksinə, təbii şəkildə buxarlanmasına icazə verilməlidir. Bu sadə qaydalara riayət edərək spreydən maksimum dərəcədə fayda əldə etmək mümkündür.
Bədən Spreyinin Daha Qalıcı Olması Üçün 5 İpucu
Bədən spreyinin qalıcı olması üçün düzgün tətbiq qaydaları və bəzi sadə üsullar önəmlidir. Dərinin vəziyyəti, tətbiq olunan bölgə və istifadə texnikası qoxunun təsir müddətinə birbaşa təsir edir. Məsələn nəmləndirilmiş dəri və nəbz nöqtələrinə vurulan sprey daha uzun müddət qalır. Sadə vərdişlərlə spreydən alınan nəticəni daha da yaxşılaşdırmaq mümkündür.
Dərini əvvəlcədən nəmləndirmək
Quru dəri bədən spreyini daha tez udduğu üçün qoxu qısa müddətdə itə bilər. Ona görə də, duşdan sonra dərini yüngül nəmləndirici krem və ya losyonla nəmləndirmək spreyin təsir müddətini uzada bilər. Nəmləndirilmiş dəri ətir molekullarını daha uzun müddət saxlayır və bu da qoxunun gün ərzində davamlı olmasına imkan yaradır.
Vazelin üsulundan istifadə
Qalıcı ətir üçün klassik üsullardan biri də vazelin tətbiqidir. Sprey vurulacaq bölgələrə nazik təbəqə şəklində vazelin çəkilərək ardından sprey püskürdülür. Bu üsul dəridə ətir molekullarının tutulmasına kömək edir və buxarlanma prosesini yavaşladır. Xüsusilə bilək və boyun kimi sahələrdə effektiv nəticə verir.
Nəbz nöqtələrinə doğru tətbiq
Nəbz nöqtələri bədənin daha isti hissələri hesab olunur və bu bölgələrdə qan dövranı daha sürətli olduğu üçün istilik daha yüksək səviyyədə olur. Bu istilik tətbiq olunan bədən spreyinin içindəki ətir molekullarının havaya daha sürətli və geniş yayılmasına səbəb olur. Biləklər, boyun, dirsək içi və diz arxası kimi sahələr bu nöqtələrə aiddir və bu bölgələrə sprey vurulduqda qoxu daha uzun müddət davam edir. Beləliklə, nəbz nöqtələrinə tətbiq olunan sprey həm daha qalıcı olur, həm də gün ərzində ətrafdakılar tərəfindən daha asan hiss edilir..
Qat-qat istifadə metodu
Bəzi hallarda bədən spreyinin yalnız bir dəfə vurulması istənilən qalıcılığı təmin etməyə bilər, xüsusilə də gün boyu təravətli qalmaq məqsədi güdülürsə. Bu zaman qat-qat istifadə metodu tövsiyə olunur ki, bu da spreyin təsir gücünü artırmaq üçün effektiv bir üsuldur. Əvvəlcə bədən duşdan sonra nəmləndirici ilə nəmləndirilir, ardınca spreyin ilk qat tətbiq olunur və bir neçə dəqiqə gözlədikdən sonra ikinci qat əlavə edilir. Bu təbəqələşdirmə üsulu ətir molekullarının dəridə daha dərin oturmasına və nəticədə qoxunun daha uzun müddət qalmasına şərait yaradır.
Spreyi ovmamaq və yaymamaq
Sprey tətbiq edildikdən sonra onu ovmaq və ya əllə yaymaq düzgün sayılmayan bir vərdişdir, çünki bu hərəkət ətir molekullarının strukturunu pozaraq qoxunun qalıcılığını zəiflədir. Bu vəziyyət spreyin təsir müddətini azaltmaqla yanaşı, onun bədəndə bərabər yayılmasına da mane ola bilər. Bunun əvəzinə, spreyi dəriyə vurduqdan sonra onun təbii şəkildə qurumasına imkan verilməlidir ki, ətir molekulları dəridə sabitləşərək daha uzun müddət qala bilsin. Belə yanaşma nəticəsində bədən spreyi tərkibindəki qoxu hissəciklərini optimal şəkildə yayır və gün ərzində daha təravətli qalmaq mümkündür.
Spreyin gündəlik istifadəsində nələrə diqqət edilməlidir?
Bədən spreylərinin gündəlik istifadəsi zamanı həm dərinin sağlamlığı, həm də məhsulun effekti nəzərə alınmalıdır. İlk növbədə, spreylərin tərkibini yoxlamaq vacibdir. Ttərkibində allergik reaksiya yarada biləcək maddələr varsa, ehtiyatla istifadə edilməlidir. Həddindən artıq istifadə dəridə qıcıqlanma və ya quruluğa səbəb ola bilər. Hər gün istifadə olunacaqsa, dərini tez-tez yumaq və nəfəs almasına imkan yaratmaq vacibdir. Qoxunu artırmaq məqsədilə spreyi eyni bölgəyə dəfələrlə vurmaq əvəzinə, müəyyən aralıqlarla tətbiq etmək daha düzgündür. Bundan əlavə, istifadə etdiyiniz paltarların materialı da qoxunun qalmasına təsir edə bilər, təbii parçalarda qoxu daha yaxşı yayılır. Əgər gün ərzində açıq havada və ya fiziki aktiv mühitdəsinizsə, spreyi yeniləməkdə fayda var. Amma bunu həmişə dərinizin vəziyyətinə uyğun şəkildə etməyiniz tövsiyə olunur. Nəticə etibarilə, düzgün və nəzarətli istifadə bədən spreylərindən maksimum fayda almağın əsas yoludur.